Rusiyanın Krasnoyarsk bölgəsində vaxtında xəstəxanaya çatdırılmayan uşaq dünyasını dəyişib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, 1 yaşlı körpənin ölümü ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanılıb. Polisdən verilən məlumata görə, axşam saatlarında azyaşlının qəfil halı pisləşib. Təcili tibbi yardımın həkimləri körpənin dərhal xəstəxanaya çatdırılmasının vacibliyini desələr də, uşağın anası buna razı olmayıb. Daha sonra vəziyyəti kəskinləşən azyaşlı xəstəxanaya çatdırılıb. Reanimasiyaya qaldırılan körpənin həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər azyaşlının kəskin pnevmoniya səbəbindən öldüyünü bildiriblər.
Samir