8 Aprel 2015 18:39
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna böhranına görə bəzi Qərb ölkələrinə tətbiq etdiyi ərzaq embarqosunu ləğv etməyə hazırlaşır.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu ölkələr Yunanıstan, Macarıstan və Kiprdir. Məsələ ilə bağlı Rusiya kənd təsərrüfatı naziri Nikolay Fyodorov məlumat verib.

Fyodorov yunanıstanlı nümayəndələrlə bu gün baş tutacaq görüşlərdə məsələnin müzakirə olunacağını deyib.

Kremlin mətbuat katibi Dmitri Peskov da bu məsələnin prioritet olduğunu açıqlayıb: “Biz Yunanıstanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm veririk. Təəssüf ki, burada da bəzi maneələr var. Məsələni bu gün müzakirə edəcəyik”.

Qeyd edək ki, Rusiya 2014-cü ilin avqustun 7-dən ABŞ, Avstraliya, Kanada və bəzi Avropa Birliyi ölkələrinə embarqo tətbiq edir.

Samir


Müəllif: