8 Aprel 2015 18:30
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hakim rejimin istefası tələbilə aprelin 24-dən mütəmadi aksiyalar keçirməyə hazırlaşan “Müəssisələr məclisi” təşkilatının qərargahında və fəallarının evlərində axtarışlar aparılıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, hərəkatın liderləri həbs olunub. Axtarışların Ermənistan Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin nümayəndələri tərəfindən aparıldığı bildirilib.

Ofisdən bütün sənədlər, təbliğat-təşviqat vasitələri və kompüterlər müsadirə edilib.

Ermənistan İstintaq Komitəsinin ilkin bəyanatında “Müəssislər məclisi” təşkilatının liderləri Yirayr Sefilyan, Varuyan Avetisyan, Gevorq Safaryan, Pavel Manukyan və Qaregin Çuqaszyanın “24 aprel tarixində erməni soyqırımının 100 illiyinə həsr olunmuş kütləvi tədbirlər keçirilən yerlərdə kütləvi iğtişaşlar hazırlamaq” faktı üzrə həbs edildikləri bildirilir. Ancaq təşkilat üzvləri bu ittihamı rədd edib. Həbslərdən sonra təşkilatın yaydığı bəyanatda fəalların dərhal azad edilməsi tələb edilib.

Daha sonra təşkilatın Gümrü şəhəri bölməsinin rəhbəri Aram Hakobyanın da həbs olunduğu məlum olub. Onun evində axtarış zamanı 1 ədəd qumbara “aşkar edilib”.

Samir


Müəllif:

Oxşar xəbərlər