PKK terrorçuları Türkiyənin Ağrı bölgəsinin Diyadin rayonuna silahlı basqın edib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hücum zamanı terrorçular təhlükəsizliyi təmin edən əsgərlərə atəş açıblar.
Bölgədə vəziyyət gərginləşib. Rəsmilər hazırda atışmanın davam etdiyini bildirirlər.
Ölən və ya yaralananlarla bağlı hələlik məlumat verilmir.
Samir