14 Aprel 2015 09:25
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya prezidenti Vladimir Putinin C-300 tipli raketlərinin İrana satılmasına icazə verən qərarından narahatlıqdır.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı deyib. Lavrovun sözlərinə görə, Tehran və "altılıq" arasında Lozanna danışıqlarında əldə olunmuş razılıqdan sonra Rusiyaya qarşı embarqo tamamilə yersiz olacaq.

Qeyd edək ki, aprelin 2-də İranın nüvə proqramı ilə bağlı çərçivə sənədi imzalanıb. Sənəd beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması müqabilində İranın nüvə proqramının miqyasının məhdudlaşdırılmasını nəzərdə tutur.

Samir


Müəllif:

Oxşar xəbərlər