14 Aprel 2015 19:44
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA-nın “Curiosity” kosmos gəmisi Marsda hələ də maye halda su olduğuna dair izlər tapıb.


Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, indiyə qədər planetdə suyun yalnız donmuş halda olduğu hesab edilirdi.

“Nature Geoscience” jurnalında nəşr olunan araşdırmada Marsda hazırda maye halda su olduğuna dair izlər kəşf edilib.

Ancaq elm adamları yenə də planetdə həyat üçün çox az və çox soyuq su olduğunu təxmin edir.

Kopenhagen Universitetinin alimi Morten Bo Madsen “Marsın zəminində kalsium perxlorat kəşf etdik. Uyğun şərtlər daxilində kalsium perxlorat atmosferdəki su buxarını özünə çəkə bilər" deyib.

Xatırladaq ki, daha əvvəldə Marsın şimal və cənub yarımkürələrindəki qütb bölgələrində buzlaqlar olduğu müəyyən edilmişdi. Buzlaqlarda təxminən 150 milyard kubmetr su tutduğu güman olunur.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər