Finlandiyada keçirilən erkən parlament seçkilərini Mərkəz partiyası qazanıb.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, qeyri-rəsmi məlumatlarda partiyanın mümkün 200 yerdən 49-nu qazandığı bildirilib. Bu isə səslərin 21 faizi deməkdir. Rəsmilər bu rəqəmin yeni hökumət qurmaq üçün kifayət etmədiyini bildiriblər.
İkinci yeri 38 yer qazanan Fin partiyası, üçüncülüyü isə 16,5 faiz səslə Sosial Demokrat partiyası tutub.
Qeyd edək ki, Finlandiyanın yeni hökumətini üç ildir davam edən iqtisadi durğunluq və işsizliklə mübarizə kimi çətin məsələlər gözləyir.
Samir