21 Aprel 2015 20:38
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Modern rəqs və akrobatikanı birləşdirən dünyanın ən böyük sirki - "Cirque du Soleil" satılıb.

Teleqraf.com xəbər verir ki, rəhbərlik sirkin Amerika-Çin özəl sərmayə şirkəti "TPG Capital"a satıldığını bəyan edib. Sirk Qay Laliberte tərəfindən 1984-cü ildə Montrealda qurulub. Satışdan sonra da sirkin bu şəhərdə qalacağı açıqlanıb.

Satışla bağlı dəqiq məlumat verilməsə də, sirkin qiymətinin 1,5-2 milyard dollar olduğu iddia edilir. Qurucu Q.Lalibertedə kiçik hissəyə sahib olacağı sirkdə fəaliyyətini davam etdirəcək. Adıçəkilən sirk səhnə dizaynı, rəqsləri, geyimləri, makiyajları ilə sirk sənətində çığır açıb. Sirkdə yüzlərlə insan çalışır. Hər il onların tamaşaları üçün 20 milyona yaxın bilet satılır.

"Cirque du Soleil"in sahibi Qay Laliberte 2009-cu ildə hətta kosmosa belə çıxıb. O, astronom və kosmonovtlara kloun görkəmində şou göstərmişdi. Kosmik səfəri üçün o 35 milyon dollar ödəniş etmişdi.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər