24 Aprel 2015 17:31
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı anım mərasimi keçirilir.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tədbirdə 17 dövlətin rəhbəri iştirak edir.

Onlar arasında Uels Şahzadəsi Çarlz, Azərbaycan Prezidenti İlham Əliyev, İraq Prezidenti Fuad Məsum, Qətər Əmiri Tamim bin Həməd Əl Sani, Suriya Milli Koalisiyasının Başqanı Xalid Xoca da var.

Bundan başqa, BMT İnkişaf Proqramından Elen Klark, Türk Şurasından Ramil Həsənov, Avropa Şurasından Turbyorn Yaqland, İslam Əməkdaşlıq Təşkilatından (İƏT) İyad Əmin Mədəni, Afrika Birliyindən Sülh və Təhlükəsizlik Komissarı Smail Çerqui kimi beynəlxalq təşkilat nümayəndələri də mərasimdə iştirak edir.

Samir


Müəllif:

Oxşar xəbərlər