30 Aprel 2015 16:43
5 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərəli keçmiş hərbiçi Li Kraven xanımının sevgilisini döyərək xəstəxanalıq edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hazırda xüsusi mühafizə firmasında işləyən 34 yaşlı Li Kraven ezamiyyətdə olan zaman onun model xanımı özünə sevgili tapıb.

30 yaşlı həyat yoldaşı Zaradan şübhələnən Kraven dostu Stivenlə birlikdə gizlicə onu təqib edib.

O, arvadının barda Kennet Çörçill adlı sevgilisiylə görüşdüyünü görüb. Li Kraven dostu ilə birlikdə xanımının sevgilisini ölənə qədər döyüb.

Polis 34 yaşlı Li Kraveni və 37 yaşlı dostu Stiven Valtersi həbs edib.

Məhkəmənin hadisə ilə bağlı qərarı bu həftə məlum olacaq.

Rüstəm


Müəllif: