İsraildə Efiopiya əsilli əsgərin polis tərəfindən döyülməsi narazılığa səbəb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisədən dərhal sonra minlərlə efiopiya əsilli yəhudi Tel-Əvivdə aksiya keçirib. Onlar günahkarın dərhal cəzalandırılmasını tələb edib, irqçilik əleyhinə şüarlar səsləndirib.
Bu zaman polislə etirazçılar arasında insident yaşanıb. Toqquşmalar zamanı 23-ü polis olmaqla 46 nəfər xəsarət alıb. Daha 26 nümayişçi isə polis tərəfindən saxlanılıb.
Teleqraf.com efiopiyalı əsgərin döyülmə görüntülərini təqdim edir:
Samir