4 May 2015 17:59
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan təhlükəsizlik qüvvələri “Taliban” terror təşkilatına qarşı anti-terror əməliyyatı təşkil edib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hücumlar zamanı son sutka ərzində 62 terrorçu öldürülüb, 32-i isə yaralanıb. Rəsmilər əməliyyatlarda 6 döyüşçünün sağ ələ keçirildiyini açıqlayıblar.

Əfqanıstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada Kunar, Parvan, Kandahar, Zabul, Uruzgan, Farah, Badgis və Helmand vilayətlərində döyüşlərin davam etdiyi bildirilib.

Samir


Müəllif: