Afrika qitəsində Ebola epidemiyasının daha geniş yayıldığı Liberiyada bu qorxulu virusun movcudluğu təmamilə aradan qaldırılıb.
Dünya Səhiyyə Təşkilatı bu barədə rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, virusun yarandığı Liberiyada aparılan profilaktik tədbirlər sayəsində 4700 insanın ölümünə səbəb olan Ebola taununa son qoyulması ilə bağlı keçirilən tədbirdə ölkə prezidenti bu işdə əməli yardım göstərən bütün beynəlxalq təşkilatlara öz təşəkkürünü bildirib.
Dünya Səhiyyə Təşkilatı, eyni zamanda, Liberiyanın qonşuluğundakı Qvineya və Sierra Leone ölkələrində virusla yoluxma hallarının hələ də qaldığına görə əhalini sayıqlıq göstərməyə və diqqətli olmağa çağırıb.
Xatırladaq ki, 2013-cü il dekabrında Qvineya, Sierra Leone və Liberiada geniş yayılmış Ebola virusuna yoluxan 26 min insandan 11 mini dünyasını dəyişib./anspress/