15 May 2015 16:22
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan lideri Ramzan Kadırov hesab edir ki, Luiza Qoylabiyeva ilə Nojay-Yurt DİN şöbəsinin rəisi Nujud Quçiqovun planlaşdırılmış nikahı ətrafında səs-kuy “hansısa liberal cənablar” tərəfindən sifariş edilib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ötən həftə 57 yaşlı bəylə 17 yaşlı gəlinin nikahı barədə məlumatlarda xanım Qoylabiyevanın həddi buluğa çatmadığına diqqət yetirilib.

Bununla yanaşı Nujud Quçiqovun artıq evli olduğu, Luizanın isə onun "kiçik" arvadı olacağı bildirilmişdir. Rusiyada eyni zamanda birdən artıq nikahda olmaq qanunszdur.

Bir müddət keçmiş Çeçenistan rəsmiləri toyun baş tutmadığını bildirmişdilər.

Ramzan Kadırov bu barədə mətbuatın yayımladığı xəbərləri "ağ yalan" adlandırıb. Onun sözlərinə görə gəlin və onun ailəsi nikaha razılığını verib.

"Çeçenistanda heç bir qızı iradəsi əleyhinə ərə vermək mümkün deyil", - qəzetlərdən birində Luizanın müdafiəsinə çağırışı şərh edən Kadırov deyib.

O, özünün İnstaqram hesabında böyük yaş fərqi olan nikahlara bəraət qazandırıb. Çeçenistan lideri Maksim Qalkin və Alla Puqaçova misalında belə nikahların Rusiyada yeganə hal olmadığını qeyd edib.

"Nədənsə bu heç kəsi hiddətə gətirmir, heç kim prokurorluq və İstintaq Komitəsindən yoxlanış tələb etmir!", - Kadırov İnstaqram səhifəsində bildirir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər