İraqın müxtəlif bölgələrində yerli qüvvələrlə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri arasında toqquşmalar yaşanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyindən verilən açıqlamada döyüşlərin əsasən Ramadi, Kərkük, Mosul və Telafer ərazilərində getdiyi bildirilib. Hücumlar zamanı 86 terrorçu öldürülüb, 19-u isə yaralanıb.
Yayılan məlumatlara görə, ölənlər arasında İŞİD-in Kermedeki liderlərindən olan Suriya əsilli Əbu Abdullah əl-Şamini də var.
Samir