25 May 2015 00:59
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə münaqişənin eskalasiyası nəticəsində 135 uşaq həlak olub, 260-ı yaralanıb.

Publika.az xəbər verir ki, bu məlumat BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Entoni Leykin mayın 24-də Cenevrədə verdiyi bəyanatda yer alıb.

Bəyanatda bildirilir ki, ölən uşaqların sayı gündən-günə artır. Son vaxtlar vəziyyət getdikcə daha da pisləşir. Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq uşaqları münaqişənin zərərlərindən qorumalıdır.


Yaralılara zəruri kömək göstərilməsi üçün heç olmasa “humanitar ara” verilməlidir, uşaqların qorunması üçün isə hərbi əməliyyatlar tam dayandırılmalıdır.


Müəllif:

Oxşar xəbərlər