26 May 2015 23:45
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ukraynanın şərqindəki Luqansk bölgəsinə humanitar yardım göndərib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən qida, təmizlik və digər məhsullardan ibarət 20 tonluq humanitar yardım Ukrayna fövqəladə hallar naziri Mikola Çeçotkinə təhvil verilib.

Bununla bağlı Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel açıqlama verib: “Humanitar yardımın ümumi dəyəri 42 min dollardır. Yardımlar cəbhə xətti yaxınlığında yaşayan Ukrayna xalqına paylanacaq. Yaxın vaxtlarda Türkiyədən daha bir humanitar yardım karvanı göndəriləcək”.

Samir


Müəllif:

Oxşar xəbərlər