Hindistanda ilk dəfə məktəbə transseksual direktor təyin edilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Qərbi Benqal ştatında məktəb direktorlarını seçən nümayəndə heyətinin rəhbəri Dipak K. Kar transseksüel namizəd Manabi Banerjeeni direktor təyin edib.
O, 20 ildən çox müəllimlik edən Manabi Banerjeenin lazımi idarəçilik təcrübəsinə malik olduğunu bildirib.
Qeyd edək ki, Hindistan Ali Məhkəməsi keçən il transseksüellərin qanuni bir "üçüncü cinsiyyət" kimi tanınmasına qərar vermişdi.
Rüstəm