“İranın nüvə bombası hazırlamasının qarşısını hərbi deyil, yalnız diplomatik yolla almaq olar”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, məsələ heç vaxt hərbi yolla həll edilməyəcək: “Fikrimcə, mən təkcə ümidlər deyil, faktlar, dəlillər və təhlillərə əsaslanaraq göstərə bilərəm ki, İranı nüvə silahı istehsalı yolundan çəkindirməyin ən yaxşı yolu ciddi yoxlamanın nəzərdə tutulduğu razılaşmadır. Hərbi yolla müdaxilə İranın nüvə proqramının ləngiməsinə gətirib çıxaracaq, lakin onun qarşısını almayacaq”.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu İranla əldə edilən hər hansı razılaşmanın İsraili təhlükə altına qoyacağını bildirib.
Samir