4 İyun 2015 15:43
2 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turistlərin dünyada ən çox səyahət etdiyi şəhərlərin siyahısına London başçılıq edir.

Teleqraf.com-un məlumatına görə, bu barədə məlumatı Mastercard ödəmə sistemi tərəfindən keçirilən müvafiq tədqiqata istinadən The Independent yayıb. Ekspertlər hesablayıblar ki, 2015-ci ildə Böyük Britaniyanın paytaxtına 18,8 milyon turist səfər edəcək. Onlar Londonda təxminən 13,3 milyard funt sterlinq (18,4 milyard avro) xərcləyəcəklər. London son 7 ildə 5 dəfə bu siyahıya başçılıq edib. Mütəxəssislər həmçinin müəyyən ediblər ki, ümumilikdə 2015-ci ildə dünyanın müxtəlif ölkələrinə 382,9 milyon aviauçuşlar keçiriləcək. Öz səfərlərində turistlər 327 milyard avro pul xərcləyəcəklər.

Teleqraf.com turistlərin ən çox səyahət etdiyi 10 şəhərin siyahısını və fotolarını təqdim edir:

1. London

2. Banqkok

3. Paris

4. Dubay

5. İstanbul

6. Nyu-York

7. Sinqapur

8. Kuala-Lumpur

9. Seul

10. Honq Konq

Rüstəm


Müəllif: