4 İyun 2015 21:25
1 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muay tay üzrə ikiqat dünya çempionu 29 yaşlı alban mənşəli alman Valdet Qaşi İŞİD terror qruplaşmasının sıralarına qoşulub.

ANS PRESS-in məlumatına görə, Valdet "Facebook" səhifəsində İŞİD terror qruplaşmasının bayrağı fonunda çempion kəməri ilə şəkil paylaşıb..

Qaşi İŞİD ideologiyasını "dərk etdiyi" üçün Suriyada terrorçulara qoşulmaq qərarını qəbul etdiyini bildirib. O sosial şəbəkədə öz səhifəsində yaxınlarına və dostlarına buna görə onu mühakimə etməməyə çağırıb.

“Mənim hərəkətimi ittiham etmək lazım deyil. Siz tamamilə bütün tarixi bilmirsiniz”, - deyə çempion yazıb.

Almaniya KİV-i Qaşinin qruplaşmaya hələ yanvarın ortasında qoşulduğunu və bir neçə ay öz yerini gizlətdiyini yazıb. Ancaq Suriyaya o, dərhal yollanmayıb. Qaşi bir müddət İsveçrənin Vintertur şəhərində İŞİD tərəfdarları ilə təkbətək döyüşlər üzrə məşqlər keçirib və daha sonra Suriyaya yola düşüb.





Müəllif:

Oxşar xəbərlər