14 İyun 2015 18:55
7 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ilə Türkiyə sərhədində gərginlik yaşanıb.

Publika.az-ın məlumatına görə, Türkiyənin Suriya ilə sərhəd olan Akçakale bölgəsində Türk əsgərləri ilə İŞİD silahlıları qarşı-qarşıya gəlib. Belə ki, İŞİD-in nəzarətində olan Tel Abyaddan qaçan suriyalılar Türkiyəyə keçmək üçün sərhəd xəttindəki Akçakale Qatar stansiyasına yığışıblar. Sərhəd xəttinə yaxınlaşan suriyalıları qaytarmaq üçün Türk əsgərləri havaya xəbərdarlıq atəşi açmağa məcbur olub. Bu zaman qarşı tərəfdə əli silahlı İŞİD üzvləri görünüb. Bir neçə saatlıq danışıqlardan sonar İŞİD silahlıları suriyalıları evlərinə qaytara bilib.


Müəllif: