25 May 2014 11:14
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandın Pattani əyalətində bir neçə terror aktı nəticəsində 2 nəfər həlak olub, 50-dən çox adam yaralanıb.

Yerli polisə ümumilikdə 13 terror aktı partlayış və atışmalarla müşayiət olunub. Hücumlara ərzaq mağazaları, yanacaq-doldurma məntəqələri, enerji şirkətinin ofisləri məruz qalıb.

Hücumlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Tailandın 3 əyalətində separatçılar muxtariyyət uğrunda partizan müharibəsi aparırlar. Bu toqquşmalar zamanı son 10 ildə 5000-dən çox adam ölüb./anspress/


Müəllif: