Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun andiçmə mərasiminin vaxtı məlum olub.
Teleqraf.com xəbər verir ki, Poroşenkonun seçki qərargahının hüquq departamentinin rəhbəri Roman Zvariç mərasimin 9-10 iyun tarixində keçiriləcəyini deyib.
“Mən bu barədə Pyotr Poroşenko ilə danışmamışam, lakin qanunvericiliyə uyğun olaraq andiçmə mərasimi iyunun 9-u və ya 10-u keçirilə bilər”, - deyə Zvariç bildirib.
Zvariç bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini 10 gün ərzində elan etməlidir: “Amma biz ümid edirik ki, bu tez bir zamanda baş verəcək”.