Ermənistanın Kiyevdəki səfirliyi qarşısında onlarla insan Yerevanda elektrik enerjisi tariflərinin bahalaşmasına etiraz edən nümayişçilərə dəstək aksiyası keçirib.
Trend bu barədə “RBK-Ukraina”-ya istinadən xəbər verir.
40 dəqiqə davam edən aksiya “Azadlıq-bərabərlik-qlobal həmrəylik!” və “Polis terroruna YOX!” şüarları altında keçirilib.