Ermənistanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı çıxan “Oğurluğa yox!” təşəbbüs qrupu məlumat yayıb.
Trend “Mediamaks”a istinadən xəbər verir ki, məlumatda hökumətə qarşı üç əsas tələb irəli sürülüb.
Bu tələblər arasında elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı qeyri-qanuni qərara yenidən baxılması və ləğv edilməsi, qiymətlərin aşağı salınması məqsədilə ötənilki tariflərə baxılması, həmçinin iyunun 23-də Baqramyan prospektində nümayişçilərə qarşı güc tətbiq edən polis əməkdaşlarının və onlara belə bir əmr verən şəxslərin cəzalandırılması kimi bəndlər yer alıb.
Xatırladaq ki, artıq 5-ci gündür Baqramyan prospekti aksiya iştirakçıları tərəfindən bağlanılıb.