26 May 2014 13:51
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş verən qəzada ən çox zərəri biz çəkmişik. Bütün pullarımızı təhlükəsizlik tədbirlərinə xərcləmişik”.

Axar.az” xəbər verir ki, bunu Türkiyənin Soma rayonunda 301 şaxtaçının ölümünə səbəb olan mədənin müdiri Can Gürkan məhkəmədə danışarkən deyib.

Faciədən sonra tənqidlərə hədəf olan Türk Metal - İş Peşəsi region başçısı Tamər Küçükgəncay ilə Soma Holdinq İdarə heyəti başçısı Can Gürkanın əlaqəsinin olduğu protokollarda əks olunub. Gürkan faciəni özünə bir saat sonra Küçükgəncayın xəbər verdiyini bildirib:

"Biz şirkət olaraq təhlükəsizlik tədbirlərinin alınmasında əlimizdən nə gəlirsə edirik. İstər mən, istərsə də atam bütün gəlirimizi ona vermişik. 6 min 400 adama çörək qapısı açdıq. Faciədə ən çox biz zərər görmüşük".

Mədən sahibi qəzanın səbəbini anlamadığını deyib: “Qəzanın səbəbini anlamıram. Ancaq bildiyim qədərilə qəzanın baş verdiyi yerin daşdan ibarət olduğu və bu cür böyük bir yanğının baş verməsin mümkün deyil. Qəzanın təxribat olma ehtimalı var.

Mənim heç bir günahım yoxdur. Həm də baş verən bu hadisədən sonra 6 min 200 işçiyə və vəfat edənlərin ailələrinə maliyyə yardımları ayırmışıq”.

Qeyd edək ki, 301 işçinin öldüyü Soma facisəsinin baş verməsindən sonra Soma mədəninin müdiri və başqa səlahiyyətlilər məsuliyyətə cəlb olunub.


Müəllif: