6 İyul 2015 12:25
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın tanınmış rok müğənnisi Andrey Makareviç öz ölümü haqqında informasiyaya reaksiya verib.

Publika.az xəbər verir ki, musiqiçi “Rus informasiya xidməti”nə müsahibəsində bu cür xəbərlərə diqqət verməməyə çağırıb.


Makareviç ona zəng edən jurnalistə öz işləri ilə məşğul olmağı tövsiyə edib.

Qeyd edək ki, bu gün Andrey Makareviçin ölüm xəbərini Qruşinski festivalının saytı xəbər verib. “Bu gecə böyük sovet və rus musiqiçisi, müğənni və sadəcə yaxşı insan Aleksey Makareviç vəfat edib. Qohumlarının sözlərinə görə, müğənni bu gün öz evinin qarşısında öldürülüb”, - sayt yazıb.

Sonradan isə Qruşinki festivalının nümayəndəsi yalan məlumatın naməlum hakerlərin işinin nəticəsi olduğunu deyib.


Müəllif:

Oxşar xəbərlər