8 İyul 2015 13:04
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sərdi Dövlət Baxçalı Türkiyə baş naziri Əhməd Davutoğlu ilə görüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşdə Baxçalı koalisiya ilə bağlı 3 şərt irəli sürüb. Şərtlərə əsasən silahlı kürdlərlə bağlı demokratik açılım siyasətinə son qoyulmalı, 17-25 dekabr əməliyyatının detalları açıqlanmalı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya sarayına qayıtmalıdır.

MHP sədri deyib ki, birgə koalisiya qurmaqla bir-birini aldatmaq mənasızdır: “Bu gün Türkiyədə qütbləşmə var. Ərdoğan öz partiyasına baza yaratmaq üçün Türkiyəni cəbhələrə bölüb. Bu gün bu cəbhələrin birləşməsi Türkiyədə ən mühüm məsələlrədən biridir. Bu parçalanma gələcəkdə fəlakətə çevrilə bilər”.

Samir


Müəllif:

Oxşar xəbərlər