26 May 2014 23:20
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın təkcə Donetsk tərəflərdə 6600 nəfər şəxsi heyəti var.

Rusiya Federasiyasından Ukrayna sərhədinə döyüşçülərlə dolu təxminən 40 yük maşını hərəkət edir.

Teleqraf.com bildirir ki, bu haqda "İnformasiya müqaviməti" qrupunun koordinatoru, Ukrayna hərbi-siyasi tədqiqatlar mərkəzinin rəhbəri Dmitri Timçuk öz Facebook səhifəsində yazıb. Dmitri Timçuk Ukraynanın sərhədində yerləşən "Dmitrovka" buraxılış məntəqəsinə Rusiyadan silahlılarla dolu 40 KAMAZ yük maşınının yaxınlaşdığını qeyd edib.

"İnformasiya müqaviməti" qrupunun operativ məlumatlarına görə, hazırda Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının qruplaşmaları bu saya malikdir:

Belarusun ərazisində Rusiya Federasiyasının qoşunları: şəxsi heyət – təxminən 3000 insan, tanklar, BMP və zirehli maşınlar – 200; artsistemləri – 40; təyyarələr və vertolyotlar – 60,

Xarkov və Luqansk tərəflərdə: şəxsi heyət – 4600; tanklar, BMP və zirehli maşın – 300; artsistemləri – 40; təyyarələr və vertolyotlar – 70;

Donetsk tərəflərdə: şəxsi heyət – 6600; tanklar, BMP və zirehli maşın – 600; artsistemləri – 100; təyyarələr və vertolyotlar – 100;

Krımda işğal qoşunları: şəxsi heyət – 22000; tanklar, BMP və zirehli maşın – 310; artsistemləri – 120; təyyarələr və vertolyotlar – 100;

Dnestryanıda Rusiya Federasiyasının qoşunları: şəxsi heyət – 3000; BMP – 35 (Dnestryanıda Rusiya Federasiyasının artilleriyası, təyyarəsi və vertolyotu yoxdur).


Müəllif: