13 İyul 2015 00:59
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq vasitəçi ölkələr – “altılıq” texniki məsələlərin böyük əksəriyyətini artıq razılaşdırıblar. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters”in yaydığı xəbərdə belə bir bəyanatla İranın Atom enerjisi üzrə təşkilatın rəhbəri Əli Əkbər Salehinin çıxış etdiyi bildirilir.

“Tehran və “altılıq” texniki məsələlərin və nüvə anlaşmasına dair əlavələrin əksəriyyətini razılaşdırıb” – qeyd edib Salehi.

Az öncə məlumat verilmişdi ki, Vyananın Sərgi Mərkəzində yekun anlaşmanın qəbulu mərasimi üçün xüsusi zal ayrılıb.


Müəllif:

Oxşar xəbərlər