Yəmənin Ədən şəhərində baş verən toqquşmalar zamanı 35 nəfər həyatını itirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bundan əlavə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sana və Taiz şəhərlərinə hava hücumları təşkil edib. Hücumlar nəticəsində 10 nəfər həyatını itirib.
Qeyd edək ki, Yəməndə iyulun 10-da əldə edilən atəşkəs razılaşması Ramazan ayının sonuna qədər davam etməli idi.
Samir