Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, dənizdə toqquşan iki gəmidən biri batıb.
Türkiyə bayrağı altında üzən "Şəngül K" və "Akel" adlı gəmilər yerli vaxtla 02.30 radələrində Riva sahillərində toqquşub.
Batan gəminin 12 heyət üzvündən 11-i xilas edilib, 1 nəfər isə itkin düşüb. Qəzanın baş verdiyi əraziyə sahil təhlükəsilzlik qüvvələrinin əməkdaşları və xilasedicilər cəlb olunub. İtkin düşən şəxsin axtarışları davam edir.
Nihad