Türkiyənin Kocaeli şəhərində ailə daxili münaqişə qadının özünü yandırmasına səbəb olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, E.Ç. ilə həyat yoldaşı G.Ç-arasında mübahisə baş verib. Daha sonra əsəb gərginliyi keçirən qadın benzini üzərinə tökərək özünü yandırıb. Həyat yoldaşı cəld hərəkət edərək qadını hamama apararaq üzərindəki alovu söndürə bilib.
Bu zaman evdə olan 11 və 9 yaşlı uşaqlar da xəsarət alıb. Evdə qaz partladığını zənn edən qonşular hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardım çağırıb .
Xəstəxanadan G.Ç-nin ağır yanıq yaraları aldığı bildirilib.
Polis hadisə ilə bağlı istintaqa başlayıb.
Rüstəm