1 Avqust 2015 00:56
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə artan terror hadisələrinə qarşı üsyan edən İbrahim Tatlısəs sülh çağırışı edib.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, məşhur müğənni 2013-cü ildə prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimdən bir şəkil paylaşaraq bunları yazıb:

"Hələ bu şəkilə yaxşı baxın. Üzümüzdə sevinc gülləri açır. İndi soruşuram biz Diyarbəkirə niyə gəlmişik? Prosesi həll edib, sülh bağlayaq deyə. Şivana gəlmək qadağan idi. Amma adam hər şeyi gözə alaraq İraqdan gəldi. Mənim vəziyyətimi onsuz da bilirsiniz. Mən də heç bir şeyə baxmadan gəldim.

İnanıram ki, prezidentimiz sülhü ürəkdən istədiyi üçün bizləri Diyarbəkirdə topladı. Cənab Bərzanidə İraqdan gəlib çatmadımı? Nəticə sıfır, əldə var sıfır. Yenə də bizləri həll prosesi və sülhdən başqa nə birləşdirə bilər? Mənim bildiyim sülhə gedən yolun üstündə heç bir şey olmamalıdır amma yenə qan, yenə ölüm, yenə "şəhidlər ölməz vətən bölünməz". Gəlin dostlarımızı güldürək düşmənlərimizi da sevindirməyək".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər