Rusiya ilə Gürcüstanın separatçı Cənubi Osetiya regionu arasındakı müttəfiqlik və inteqrasiya müqaviləsi iyulun 31-dən qüvvəyə minib.
Mərasim Rusiyanın xarici işlər nazirliyində keçirilib. Bu müqavilə martın 18-də Moskvada imzalanıb.
Bundan sonra sənəd aprelin 3-də Cənubi Osetiyada, iyunun 19-da isə Rusiya parlamentində ratifikasiya edilib. İyulun 31-də isə tərəflər Moskvada bir-birinə ratifikasiya edilmiş qramotaları təqdim ediblər.
Bu müqvilədə razılaşdırılmış xarici siyasət həyata keçirilməsi, birgə müdafiə və təhlükəsialik mıkanı yaradılması və hüquq-mühavizə orqanları arasında yaxın əməkdaşlıq nəzərdə tutulur.
Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.
Gürcüstanla Qərb bunun beynəlxalq normalara zidd və qanunsuz olduğunu bəyan ediblər.