4 Avqust 2015 22:30
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Nijni Novqorod şəhərində dəhşətli qətl törədilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ana və 6 uşağın hissələrə ayrılmış meyitlərini yaşadıqları mənzildə tapıb.

Hazırda polis körpələrin 52 yaşlı atasını axtarır.

Uşaqların iyulun 25-dən bağçaya getmədikləri məlum olub. Bu barədə polisə uşaq bağçasından məlumat verilib. Polis yalnız bu gün öz yaşadıqları evdə ailənin hissələrə parçalanmış meyitlərini aşkarlayıb.

Qətlə yetirilmiş qadının hamilə olduğu xəbər verilir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları işləyir.

LifeNews-a hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, kütləvi qətli törədənin 51 yaşlı Oleq B. Olduğu ehtimal edilir. Onun xristian dini cərəyanına üzv olduğu bildirilir.


Müəllif:

Oxşar xəbərlər