6 Avqust 2015 08:05
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Qərb məhsullarına tətbiq etdiyi sanksiyalara məruz qalmış ərzağın məhv edilməsi barədə prezident fərmanının ləğvini tələb edən vəsatətə 150 min Rusiya vətəndaşı imza atıb.

Həmin vəsatət Change.org saytında dərc olunub. Vəsatət müəllifləri ərzağı məhv etmək əvəzinə, həmin azuqənin Rusiyada ehtiyac içərisində yaşayan insanlara paylanmasını tələb ediblər.

"Ərzaq məhsullarını məhv etməkdənsə, veteranlara, təqaüdçülərə, fiziki məhdudiyyəti olan insanlara, çoxuşaqlı ailələrə və digər ehtiyacı olan qruplara paylayın", ərizədə qeyd olunub. Vəsatətə Kremldən də reaksiya bildirilib.
Prezidentin mətbuat katibi Dmitri Peskov xatırladıb kı, fərman avqustun 6-dan qüvvəyə minir və yerinə yertirilməsi başlıca şərtdir.

"Hələlik bunu nəzərə alaraq hərəkət edilməlidir", Peskov deyib. İyulun 31-də Rusiya höküməti ölkəyə qeyri-qanuni gətirilmiş sanksiya siyahısına düşən ərzaq məhsullarının məhv edilməsi qaydasını təsdiqləyib.
Həmin sənədə əsasən, ərzaq məhsulları 2 şahidin iştrakı və prosedur lentə alınmaq şərtilə ilə məhv olunmaılıdır.


Müəllif:

Oxşar xəbərlər