28 May 2014 23:50
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika tarixinin ən müflis şəhəri olan Detroytda 80 min atılmış və qəza vəziyyətində olan tikili sökülməlidir.

Bunun üçün şəhər rəhbərliyinə $850 mln. pul lazımdır. Rəqəm keçən ilin sonunda prezident Barak Obamanın təşəbbüsü ilə yaradılmış xüsusi komissiya tərəfindən açıqlanıb.

Komissiyaya şəhərdə olan bütün binaların vəziyyətini araşdırmaq tapşırılmışdı. Ekspertlərin fikrincə, fərdi mülkiyyətdə olan 236 min tikilinin dörddə birinin vəziyyəti həddindən ağırdır. Dövlətə məxsus 26 min binanın 93%-i də sökülməlidir.

Bütün atılmış binaların sökülməsi üçün $2 mlrd. lazımdır və indiki durumda bu qədər vəsaitin yığılması qeyri-realdır. Tövsiyyə edilmiş $850 mln dövlət mülkiyyətində olan iri binaların - məsələn, şəhər mərkəzi vağzalının, prestijli “Packard” avtomobilləri buraxan zavodun binasının sökülməsini nəzərdə tutmur.

Detroyt 40 il bundan qabaq tənəzzülə başladı və 3 dekabr 2013-cü il tarixdə ABŞ-ın avtomobil mərkəzi müflis elan edildi. Onun borcu $18 mlrd.-dan çoxdur. /anspress/


Müəllif: