20 Avqust 2015 19:20
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyada Suriyadan gələn xristian və ateist olan qaçqınlar qəbul ediləcək.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bununla bağlı Slovakiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İvan Metik açıqlama verib. Onun sözlərinə görə, müsəlman olanlar isə bu ölkədən yalnız tranzit kimi istifadə edə bilər.

Metik qeyd edib ki, Avropa İttifaqının bununla bağlı göndərdiyi təklif Slovakiya hökuməti tərəfindən qəbul edilməyib: "Bizim ölkəmizdə bir dənə də olsun məscid yoxdu. Bizə elə gəlir ki, müsəlmanlar üçün Slovakiya düzgün seçim deyil. Bura onların xoşuna gəlməyə bilər".

Samir


Müəllif:

Oxşar xəbərlər