ABŞ-ın “Apple” şirkəti ötən ilin sentyabrında satılan iPhone 6 Plus smartfonlarını arxa kamerasında olan çatışmazlığa görə geri çağırır.
Teleqraf.com xəbər verir ki, çatışmazlığı olan qurğuların sayı müəyyənləşdirilməsə də, "Apple" bunun nisbətən kiçik partiya smartfonlara aid olduğunu göstərir. Smartfonun nasazlığa meyilli olub-olmamasını "Apple" şirkətinin xüsusi səhifəsinə cihazın seriya nömrəsini daxil etməklə yoxlamaq olar. Şirkət bütün problemləri pulsuz aradan qaldıracağını bildirir.
Rüstəm