Bakı-Tiflis-Ərzurum Qaz Boru Xəttində qazın nəqlinin bərpası üçün yenidənqurma işləri davam etdirilir.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, rəsmi məlumatlarda qaz axınının bir həftə ərzində tam təmin olunacağı bildirilib.
Qeyd edək ki, dünən PKK terror təşkilatı tərəfindən Bakı-Tiflis-Ərzurum Qaz Xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsinin partladılması ilə əlaqədar qazın nəqli dayandırılıb.
Samir