29 May 2014 22:37
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

"YouTube saytının bağlanması hüquq pozuntusudur".

Teleqraf.com bildirir ki, bu haqda Türkiyənin Konstitusiya məhkəməsi qərar çıxarıb.

Məhkəmə öz qərarını hakimiyyət orqanlarına göndərəcək və bundan sonra YouTube Türkiyədə açılmalıdır.

Hökumət YouTube saytını mart ayında bağlayıb. O vaxt baş nazir Ərdoganla bağlı korrupsiya iddialarını yaymaqda YouTube-dan da istifadə olunmuşdu və Suriya ilə bağlı məxfi hökumət müzakirəsi YouTube-da yayılmışdı.

Hökumət bunları əsas gətirərək YouTube-u bağlamışdı./anspress/


Müəllif: