Ukraynaya təhlükəli, istifadəyə yararsız, düzgün markalanmayan qida məhsullarının idxalı qadağan edilib.
Teleqraf.com-un uninan.net-ə istinadən xəbərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı ilə bu ölkənin İqtisadi İnkişaf və Ticarət Nazirliyi Rusiyanın "Konti-Rus" konditer fabrikinə sanksiya tətbiq edib. Bundan sonra "Konti-Rus"un məhsulları Ukraynaya buraxılmayacaq.
Xəbərə görə, bu müəssisənin məhsulları Ukraynanın "Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi" Qanununun tələblərinə cavab vermir.
Nihad