11 Sentyabr 2015 01:50
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik Yunionist Partiyasının lideri (DYP) Piter Robinson Şimali İrlandiyanın birinci naziri vəzifəsindən istefa verib.

"Report" xəbər verir ki, bu barədə o regional parlamentin DYP-nın Assambleyanın buraxılmasına dair tələbini rədd etməsindən sonra bəyan edib.

Onunla yanaşı DYP-nın digər nazirləri də vəzifələrindən gedir. Belə olan halda, hökumətdə tam böhran baş verəcək.

Robinson İrlandiyanın qanunverici orqanının buraxılmasını tələb etmişdi.


Müəllif: