İngiltərədə baş verən oğurluq hadisəsi ölkədə ən çox müzakirə edilən mövzulardan biri olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Rainham qəsəbəsində 61 yaşlı Pol Neaverson banklardan birinə soyğuna girib. Soyğun zamanı Neaverson kassirdən bütün pulları öz hesabına köçürməyi tələb edib. Bununla da o, şəxsi məlumatlarını açıqlayıb. Polis tərəfindən saxlanılan cinayətkar Yunanıstana işgüzar səfərə getmək üçün bilet almağa pulunun olmadığını və bu səbəbdən belə bir addımı atdığını deyib.
Yayılan məlumata görə, bu, Neaversonun eyni gündə törətdiyi ikinci cinayət olub. Saxlanılan zaman onun cinayətdə istifadə etdiyi bıçaq da götürülüb.
Samir