İslamçılar Suriya ordusunun 56 əsgərini öldürüb.
Teleqraf.com-un lenta.ru-ya istinadən xəbərinə görə, kütləvi edam islamçıların İdlibdə ələ keçirdikləri Əbu-ad-Duxur aerodromunda gerçəkləşdirilib.
Suriya İnsan Haqlarının Monitorinqi Təşkilatı faktı təsdiqləyib: "Bu informasiyanın doğru olduğunu sübut etmək üçün bizim şahidlərimiz və fotolar var". Təşkilatın sədri hadisənin bir neçə gün əvvəl baş verdiyini bildirib.
Suriya ordusu sentyabrın 9-da Əbu-ad-Duxur aerodromuna nəzarəti itirib. Qarnizon iki illik döyüşlərdən sonra buradakı mövqeyini tərk edib.
Nihad