31 May 2014 14:04
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda Pəncab əyalət məclisinin üzvü Rana Cəmil Həsən silahlı şəxslər tərəfindən qaçırılıb.

Teleqraf.com xəbər verir ki, yerli polisin verdiyi məlumata görə, ailəsi ilə birlikdə İslamabaddan Pindi Bhattiana qohumunun yas mərasiminə gedən məclis üzvü geri qayıdan vaxt hücuma məruz qalıb.

Avtomobili dayandıraraq Rana Cəmil Həsəni qaçıran silahlılar həyat yoldaşına ona zəng edəcəklərini deyiblər.

Verilən son məlumata görə, silahlılar 50 min dollar pul tələb edirlər.


Müəllif: