31 May 2014 23:42
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda iki yeniyetmə qızı zorladıqdan sonra öldürən şəxlər həbs edilib.

Uttar-Pradeş ştatında ağacdan asılaraq öldürülən 14 və 15 yaşında olan əmiqızılarının qətlində şübhəli bilinənlərdən ikisi polisdir. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızlardan birinin atasının şikayətindən sonra zorlamada iştirak edən 5 nəfəri həbs edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Hindistanın şimalında yerləşən Uttar-Paradeş ştatında qrup halında zorlanandan sonra iki yeniyetmə qızın asılmış cəsədi aşkar edilmişdi. Əmiqızılar olan qızların 14 və 15 yaşları olub.

Hüquq-mühafizə orqanları əvvəlcə işi intihar kimi qələmə verərək cinayət işi açmaq istəməyib. Amma yerli sakinlərin etirazından sonra üç polis işçisi işdən qovulub və işə düzgün baxılmağa başlanıb.

Hindistanın qadın işləri üzrə milli komissiyası dövlətin siyasətini kəskin tənqid edib. Komissiyanın fikrincə, dövlət qadınların təhlükəsizliyini təmin edə bilmir. 2012-ci ilin yayında Hindistan G20 ölkələri arasında qadınların yaşaması üçün ən pis ölkə sayılıb. Bu ölkədə hələ də qadınları cariyə kimi satırlar və ya on yaşında ərə verirlər./anspress/


Müəllif: