Böyük Britaniya İraq və Suriyada hərbi varlığını artırır
"Böyük Britaniya ekstremistlərlə mübarizə üçün İraq və Suriyadakı hərbi varlığını artıracaq".
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Devid Kemeron deyib.
Onun sözlərinə görə, bu səbəbdən Britaniya İraq və Suriyaya daha 20 pilotsuz döyüş təyyarəsi göndərəcək: "Hazırda İŞİD-ə qarşı "Riper" pilotsuz təyyarələrindən istifadə edirik. Düşünürəm ki, yaxın vaxtlarda müasir qurğularla təchiz edilmiş "Muller" tipli pilotsuz aparatları əməliyyatlara cəlb edəcəyik".
Kemeron qeyd edib ki, əldə edilən məlumatlarda İŞİD sıralarında hazırda 700 britaniyalı döyüşür.
Samir